Fransada ötən sutka koronavirusa 23 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Xəbər 24 Yanvar 2021 08:39 (UTC +04:00)

Bakı. Trend:

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 23 924 yoluxma halı qeydə alınıb.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 035 181 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 230 nəfər ölüb, ölənlərin ümumi sayı 72 877 nəfər təşkil edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti