...

Tehranın bəzi bölgələrində həyəcan siqnalları eşidilir (VİDEO) (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 30 Yanvar 2021 01:42 (UTC +04:00)
Tehranın bəzi bölgələrində həyəcan siqnalları eşidilir (VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Tehranın bəzi bölgələrində həyəcan siqnalları eşidilir.

Trend-in məlumatına görə, bu barədə "Jamaran" agentliyi xəbər verib.

Agentlik qeyd edib ki, siqnalların səsi şəhərin qərb hissəsində eşidilir. Onun səbəbləri araşdırılır.

İran KİV-lərin verdiyi məlumata görə, İranın havadan müdafiə sistemində nasazlıq yaranıb. Tehranın qərbində, İmam Xomeyni aeroportu ətrafındakı ərazilərdə elektrik verilişi dayandırılıb. Aeroportda uçuşların dayandırıldığı deyilir.

Bildirilir ki, İstanbul-Tehran reysi ilə uçan təyyarə Tehran səmasında bir neçə dəfə dövrə vurduqdan sonra istiqamətini Bakıya doğru dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti