...

Qvineya körfəzində dəniz quldurları daha bir gəmi ələ keçirib

Dünya xəbərləri Materials 30 Yanvar 2021 13:59 (UTC +04:00)
Qvineya körfəzində dəniz quldurları daha bir gəmi ələ keçirib

Bakı. Orxan Nəbiyev - Trend:

Qvineya körfəzində dəniz quldurları "Rowayton Eagle" yük gəmisini ələ keçirib.

Trend-in məlumatına görə, gəmi Marşall adaları bayrağı altında üzür və ABŞ şirkətinə məxsusdur.

Hücumda zamanı gəmidə olanların sayı barədə hələlik məlumt verilməyib. Gəmi Qana sahilindən 200 kilometr məsafədə ələ keçirilib.

Xatırladaq ki, ötən həftə Qvineya körfəzində dəniz quldurları türk gəmisini ələ keçirmiş, bir azərbaycanlı dənizçi öldürülmüşdü.

Qvineya körfəzi dəniz quldurlarının hücumları baxımından dünya okeanının ən təhlükəli zonası hesab olunur. 2020-ci ildə Qvineya körfəzində 22 hücum qeydə alınıb, ümumilidə 130 gəmiçi qaçırılıb.

Xəbər lenti

Xəbər lenti