...

Brüsseldə karantinə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var

Dünya xəbərləri Materials 31 Yanvar 2021 17:49 (UTC +04:00)
Brüsseldə karantinə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var

Bakı. Trend:

Belçikanın paytaxtı Brüssel şəhərində koronavirusla əlaqədar karantin tədbirlərinə qarşı etiraz aksiyası keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, etiraz aksiyasında təxminən 400 nəfər iştirak edib. Aksiya keçirilən əraziyə 500-dən artıq polis əməkdaşı cəlb edilib.

Məlumata əsasən, etiraz aksiyası zamanı onlarla etirazçı polislər tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti