...

Afrikada koronavirusa yoluxanların sayı 3,62 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 5 Fevral 2021 21:22 (UTC +04:00)
Afrikada koronavirusa yoluxanların sayı 3,62 milyon nəfəri ötüb

Bakı. Trend:

Afrikada koronavirusa yoluxanların sayı 3,62 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, fevralın 5-i üçün Afrikada koronavirusa 3 626 960 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 93 647 nəfəri vəfat edib, 3 128 534 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Misirdə, Tunisdə və Efiopiyada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti