...

Rusiyada koronavirus qurbanlarının sayı 76 mini ötdü

Dünya xəbərləri Materials 6 Fevral 2021 12:14 (UTC +04:00)
Rusiyada koronavirus qurbanlarının sayı 76 mini ötdü

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,95 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 16 627 nəfər virusa yoluxub, 497 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 951 233 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 76 229 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 436 326 şəxs virusdan sağalıb, 438 678 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti