...

"Pfizer" şirkəti Braziliyada koronavirusa qarşı peyvəndinin qeydiyyatı üçün sənədlər göndərib

Dünya xəbərləri Materials 6 Fevral 2021 18:27 (UTC +04:00)
"Pfizer" şirkəti Braziliyada koronavirusa qarşı peyvəndinin qeydiyyatı üçün sənədlər göndərib

Bakı. Trend:

"Pfizer" əczaçılıq şirkəti Braziliya Milli Sanitar Təftiş Agentliyinə (Anvisa) koronavirus peyvəndinin qeydiyyata alınması üçün sənədlər göndərib.

Trend-in məlumatına görə, bu barədə agentliyin saytında bildirilib.

Qeyd olunub ki, dərmanın adı Comirnaty olacaq.

Bildirilib ki, bu, koronavirusa qarşı peyvəndin daimi qeydiyyatı üçün ikinci müraciətdir. Yanvar ayının sonunda eyni müraciət Böyük Britaniya-İsveç şirkəti "AstraZeneca" tərəfindən göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti