...

ABŞ Myanmada hərbi çevirilişinin iştirakçılarına qarşı sanksiyalar tətbiq edir

Dünya xəbərləri Materials 11 Fevral 2021 00:29 (UTC +04:00)
ABŞ Myanmada hərbi çevirilişinin iştirakçılarına qarşı sanksiyalar tətbiq edir

Bakı. Trend:

ABŞ Administrasiyası Myanmada hərbi çevrilişin iştirakçılarına qarşı sanksiyalar tətbiq edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Cozef Bayden açıqlama verib.

Onun sözlərinə görə, hərbi çevrilişin iştirakçılarına qarşı sanksiyalar tətbiq edilir və generalların ABŞ-da saxlanılan 1 milyard dollar vəsaitə giriş əldə etmələrinin qarşısını almaq üçün tədbirlər görülür:

"Myanmada insan haqlarına dair ümumi öhdəliyi gücləndirmək üçün BMT İnsan Haqları Şurasında iştirakımızın bərpasını istifadə edirik. Bu gün təkrar olaraq Myanma hərbçilərini demokrat liderləri və fəalları dərhal sərbəst buraxmalarına çağırıram. Hərbi qüvvələr ələ keçirdikləri hakimiyyətdən imtina etməli və dünyaya Myanma xalqına hörmətlərini göstərməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti