...

Sloveniyada qar uçqunu nəticəsində 3 nəfər ölüb

Dünya xəbərləri Materials 14 Fevral 2021 05:47 (UTC +04:00)
Sloveniyada qar uçqunu nəticəsində 3 nəfər ölüb

Bakı. Trend:

Sloveniyanın Kamnik-Savinja Alplarında iki qar uçqunu baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ilk qar uçqunu şənbə günü yerli vaxtla saat 10:30-da baş verib. Qar uçqunu nəticəsində 2 alpinist ölüb, 2-si isə xəsarət alıb.

Məlumata əsasən, ikinci qar uçqunu xilasetmə əməliyyatı zamanı baş verib. İkinci qar uçqunu nəticəsində 1 alpinist ölüb, 1 alpinist isə ağır yaralanıb.

Qeyd edilir ki, xilasetmə əməliyyatı zamanı xilasetmə xidmətlərinin iki əməkdaşı da xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti