...

İspaniyada etiraz aksiyalarında 60-dan çox şəxs yaralanıb

Dünya xəbərləri Materials 18 Fevral 2021 10:20 (UTC +04:00)
İspaniyada etiraz aksiyalarında 60-dan çox şəxs yaralanıb

Bakı. Orxan Nəbiyev - Trend:

İspaniyada kral ailəsini təhqir etdiyi üçün həbs olunan rep musiqiçisinə dəstək olaraq keçirilən etiraz aksiyası zamanı 60-dan çox şəxs yaralanıb.

Trend-in məlumatına görə, aksiyalar paytaxt Madriddə və Katalanoiya muxtar regionunda keçirilib.

Madriddə 55 nəfər xəsarət alıb ki, onlardan 35-i polis əməkdaşı olub.

Ölkədə musiqiçiyə dəstək aksiyaları bir neçə gündür ki, davam edir.

Qeyd edək ki, repçi Pablo Asel "Twitter"də yazdıqlarına görə, terrora çağırış və taxt-tacı təhqir etməkdə təqsirli bilinərək 9 ay müddətinə həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti