...

Norveçdə koronavirusun yeni ştammı aşkarlanıb

Dünya xəbərləri Materials 18 Fevral 2021 23:31 (UTC +04:00)
Norveçdə koronavirusun yeni ştammı aşkarlanıb

Bakı. Trend:

Norveçdə koronavirusun yeni ştammı (B.1.525) aşkarlanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ötən sutka ərzində ölkədə yeni ştamma 10-a yaxın yoluxma halı qeydə alınıb.

Norveç Səhiyyə İnstitutunun şöbə müdiri Line Vold yeni ştammın daha yoluxucu olub-olmaması barədə məlumatın olmadığını bildirib.

Bildirilir ki, yeni ştammın Böyük Britaniya və Cənubi Afrikada aşkarlanan mutasiyalar ilə oxşarlığı var. Hazırkı dövrədək ölkədə "Britaniya" və Cənubi Afrika" ştammlarına 700-dən artıq yoluxma halı aşkarlanıb.

L.Vold qeyd edib ki, yeni mutasiya digərləri kimi müşahidə altında saxlanılacaq. Onun sözlərinə görə, yeni ştammın ölkəyə xaricdən gətirilib-gətirilməməsi barədə danışmaq üçün hələ tezdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti