Bakı. Trend:
Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır.
Trend-in məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.
Məlumata əsasən, martın 8-i üçün Afrikada koronavirusa 3 963 706 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 105 722 nəfəri vəfat edib, 3 540 989 nəfəri isə sağalıb.
Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Misirdə, Tunisdə və Efiopiyada qeydə alınıb.