...

Braziliyada ötən sutka koronavirusa 76 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 14 Mart 2021 09:44 (UTC +04:00)
Braziliyada ötən sutka koronavirusa 76 mindən çox yoluxma qeydə alınıb

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 76 178 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 11 439 558 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində koronavirusdan 1 997 nəfər ölüb, ölənlərin ümumi sayı 277 102 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti