...

Banqladeşdə koronavirus xəstəxanasında yanğın olub - Ölənlər var

Dünya xəbərləri Materials 17 Mart 2021 11:22 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Banqladeşin paytaxtı Dəkkədə koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər həlak olub.

Qeyd olunur ki, yanğın xəstəxananın reanimasiya şöbəsindıə yüksək təzyiqli oksigen balonunun partlaması nəticəsində baş verib.

Reanimasiyada ümumilikdə 14 xəstə olub. Xəstələr digər şöbədən təxliyə olunarkən 3 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti