...

Türkiyədə son sutkada koronavirusdan 20 208 nəfər sağalıb

Dünya xəbərləri Materials 26 Mart 2021 22:41 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 153 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 30 772 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 29 081 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 149 094 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 20 208 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 921 037 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti