...

Norveç gələn aydan giriş qaydalarını sərtləşdirir

Dünya xəbərləri Materials 28 Mart 2021 20:34 (UTC +04:00)
Norveç gələn aydan giriş qaydalarını sərtləşdirir

Bakı. Trend:

1 aprel tarixindən Norveç hökuməti pandemiya ilə əlaqədar olaraq ölkəyə giriş tələblərini daha da sərtləşdirəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

"1 apreldən ölkəyə girişdə verilən testin nəticələrini gözləyənlərdən sərhəddəki test stansiyasında cavab gözləmələri tələb olunacaq. İmtina edənlər cərimə ilə üzləşəcəklər", - məlumatda deyilir.

Norveçdə koronavirusa yoluxanların sayı son sutkada 462 artaraq 92 469-a, virusun törətdiyi nəticələrdən ölənlərin sayı isə 656 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti