...

Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"

Dünya xəbərləri Materials 12 Aprel 2021 15:53 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Bu günədək dünyanın 154 ölkəsində 781 milyondan çox şəxs koronavirusa qarşı vaksin olunub.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi bildirir.

Bu, dünya əhalisinin 5,1 faizini əhatə edir. Qeyd olunur ki, gündəlik peyvəndləmə orta hesabla 17,9 milyon dozaya bərabərdir.

Agentlik bildirir ki, yüksəkgəlirli ölkələrdə vaksinasiya prosesi aşağıgəlirli ölkələrlə müqayisədə 25 dəfə sürətli davam edir. Dünyanın ən zəngin 27 ölkəsinin payına peyvəndlərin 39,3 faizi düşür.

Ölkələr arasında ən çox peyvəndləmə ABŞ-da qeydə alınıb. Bu ölkədə 187 milyon doza vaksin vurulub.

Çin 164,5 milyon, 104,4 milyon doza vaksinlə ilk üçlüyü tamamlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti