...

Kiprdə epidemiyanın başlanğıcından ən sərt karantin rejimi tətbiq edilir

Dünya xəbərləri Materials 23 Aprel 2021 21:39 (UTC +04:00)
Kiprdə epidemiyanın başlanğıcından ən sərt karantin rejimi tətbiq edilir

Bakı. Trend:

Kipr hakimiyyəti epidemiyanın başlanğıcından ən sərt karantin rejiminin tətbiq olunduğunu elan edib.

Kipr Respublikasının Nazirlər Kabineti ölkədəki ağırlaşan epidemiya vəziyyəti fonunda "COVID-19" epidemiyasının bütün dövrü ərzində ən sərt karantin rejiminin bazar ertəsindən etibarən tətbiq edilməsinə qərar verib.

Trend TASS-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Konstantinos İoannu hökumət iclasında elan edib.

Yeni rejim iki həftə - 26 apreldən - 9 maya qədər sürəcər. Bu müddətdə adada komendant saatı 21: 00-da başlayacaq və ertəsi gün saat 05:00-da bitəcək. Göstərilən iki həftə ərzində adadakı bütün mağazalar, restoran və kafelər bağlanacaq, istisna çatdırma ilə işləyən iaşə müəssisələritəşkil edəcəklər.

Bundan əlavə Kiprdə teatrlar, kinoteatrlar, bərbərxanalar və gözəllik, idman salonları, rəqs və ya musiqi məktəbləri fəaliyyət göstərməyəcəklər. Toy dəfn mərasimlərində 10 nəfərdən çox adam iştirak edə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti