Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 66 964 nəfər yoluxub.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 725 975 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 656 nəfər ölüb, ölənlərin ümumi sayı 406 437 nəfər təşkil edir.