...

İranda daha 11 min nəfər koronavirusa yoluxub, 303 nəfər ölüb

Dünya xəbərləri Materials 16 May 2021 13:47 (UTC +04:00)
İranda daha 11 min nəfər koronavirusa yoluxub, 303 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 303 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 76 936 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 291 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 751 166 nəfərə çatıb. Virus daşıyıcılarından 5 337 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 2 226 122 nəfər koronavirusdan sağalıb, 18 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 2,27 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 370 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 3 şəhər qırmızı və 262 şəhər narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan şəhərlərə gediş-gəliş qadağandır. Bundan başqa 183 şəhər sarı zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti