...

İsrail ordusu Həmasın istifadə etdiyi tunelə zərbələr endirib

Dünya xəbərləri Materials 20 May 2021 13:24 (UTC +04:00)
İsrail ordusu Həmasın istifadə etdiyi tunelə zərbələr endirib

Bakı. Orxan Nəbiyev - Trend:

İsrail ordusu Qəzza zolağında Həmas hərəkatının istifadə etdiyi tunelə zərbələr endirib.

Trend-in məlumatına görə, zərbə Beyt-Hanun şəhərində yerləşən obyektə endirilib.

Bundan başqa, Qəzza zolağının şimalındakı Cəbaliyyə bölgəsində Həmasın raket qurğuları məhv edilib.

Qeyd edək ki, mayın 10-dan etibarən İsraillə Fələstin arasında başlayan münaqişə nəticəsində 260-dan çox şəxs həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti