...

İranda daha 122 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 6 İyun 2021 14:02 (UTC +04:00)
İranda daha 122 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 122 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 81 063 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 5 612 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 966 363 nəfərə çatıb. Virus daşıyıcılarından 3 769 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 552 401 nəfər koronavirusdan sağalıb, 20,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 4,82 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 619 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 16 rayon qırmızı və 201 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 231 rayon sarı zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti