...

Meksikada avtobus dərəyə aşıb, 23 nəfər yaralanıb

Dünya xəbərləri Materials 12 İyun 2021 04:41 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın Çyapas ştatında avtobus qəzasında ən azı 23 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə fövqəladə hallar üzrə regional idarəsində bildirilib.

Məlumata əsasən, nəqliyyat vasitəsi Emiliano-Sapata bələdiyyəsi yaxınlığında dərəyə aşıb.

Hakimiyyət orqanları vəziyyəti ağır olaraq qiymətləndirilən yaralıları təxliyyə etmək üçün helikopterləri cəlb ediblər. İlkin məlumata görə, qəzaya səbəb avtobusun nasaz olması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti