...

Dünyada koronavirusa yoluxma halları son həftədə 12 faiz azalıb - ÜST

Dünya xəbərləri Materials 16 İyun 2021 05:42 (UTC +04:00)
Dünyada koronavirusa yoluxma halları son həftədə 12 faiz azalıb - ÜST

Bakı. Trend:

Ötən həftə dünyada 2,6 milyondan çox koronavirusa yoluxma və virusun törətdiyi nəticələrdən 72 mindən çox ölüm hadisəsi qeydə alınıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ÜST-ün hesabatında deyilir.

Əvvəlki həftə ilə müqayisədə yoluxmalar 12, ölüm nisbəti 2 faiz azalıb. Qeyd edilən müddətdə ən çox yoluxuma halları Hindistanda aşkar edilib - 630 mindən çox.

Hesabatda bildirilir ki, pandemiya başlayandan 13 iyun tarixinə qədər ümumilikdə koronavirusa son bir həftə ərzində 2 655 782 olmaqla 175 333 154 yoluxma və virusun törətdiyi nəticələrdən 72 528 olmaqla 3 793 230 ölüm hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti