Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 59 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 071 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 5 575 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 359 728 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 4 427 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 224 224 nəfər təşkil edir.