...

Monteneqroda 4,5 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 İyun 2021 04:41 (UTC +04:00)

Bakı. Trend:

Monteneqronun cənub-qərb hissəsində 4,5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmologiya Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Podqoritsa şəhərindən təqribən 57 km qərbdə yerləşib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti