...

Danimarkada koronavirusun "Delta" ştammının yayılması sürətlənib

Dünya xəbərləri Materials 1 İyul 2021 03:54 (UTC +04:00)
Danimarkada koronavirusun "Delta" ştammının yayılması sürətlənib

Bakı. Trend:

Danimarkada daha çox yoluxucu koronavirusun "Delta" ştammı yayılmağa davam edir. Artıq COVID-19-a yoluxmanın yeni hallarının dörddə birindən çoxu bu variantla yoluxmalardır.

Trend-in məlumatına görə, bu barədə The Local portalı bildirib.

Məlumata əsasən, Danimarkada son 24 saat ərzində 340 yoluxma hadisəsi aşkar edilib ki, bu da son iki həftədə ən yüksək göstəricidir. Bunlardan 117-si "Delta" ştammına yoluxma hallarıdır.

Danimarkada bu növə ilk yoluxma hadisəsi 29 mart tarixində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti