Bakı. Trend:
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 24 885 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 4 879 616 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan daha 18 nəfər, hazırkı dövrədək isə 128 207 nəfər vəfat edib.