...

Almaniya və Belçikada daşqınlar nəticəsində həlak olanların sayı 90-ı ötüb - Yüzlərlə itkin var

Dünya xəbərləri Materials 16 İyul 2021 10:37 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa ölkələrində leysan yağıntılarının törətdiyi daşqınlar nəticəsində həlak olanların sayı 90 nəfəri ötüb.

Trend-in məlumatına görə, Almaniyada ölənlərin sayı 81 nəfərə çatıb.

50 nəfər Reynland-Pfalts, 30 nəfər isə Şimali Reyn-Vestfaliya federal torpağında həyatını itirib.

Təbiət hadisəsi nəticəsində itkin düşənlərin sayının minə yaxın olduğu ehtimal edilir.

Qeyd edək ki, daşqınlar Belçika və Niderlandda da ciddi fəsadlar törədib. Belçikada 11 nəfərin həlak olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti