...

Tunis sahillərində gəminin batması nəticəsində 17 nəfər ölüb

Dünya xəbərləri Materials 22 İyul 2021 03:21 (UTC +04:00)
Tunis sahillərində gəminin batması nəticəsində 17 nəfər ölüb

Bakı. Trend:

Tunis sahillərində miqrantları daşıyan gəmi batıb.

Trend-in "Rueters"ə istinadən verdiyi məlumata görə, bu barədə Qırmızı Xaç Komitəsinin yerli nümayəndəliyindən bildiriblər.

Məlumata əsasən, gəminin göyərtəsində olan miqrantlar Aralıq dənizini keçərən İtaliyaya girmək istəyiblər. Gəminin batması nəticəsində 17 nəfər həlak olub, 380 nəfər isə xilas edilib.

Bildirilir ki, ölənlərin hamısı Banqladeş vətəndaşları olub. Gəminin göyərtəsində həmçinin Suriya, Misir, Sudan, Eritreya, Mali vətəndaşları da olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti