...

Hindistanda leysan yağışları 129 nəfərin ölümünə səbəb oldu

Dünya xəbərləri Materials 23 İyul 2021 23:02 (UTC +04:00)
Hindistanda leysan yağışları 129 nəfərin ölümünə səbəb oldu

Bakı. Trend:

Hindistanın Maharaştra ştatında güclü leysan yağışları səbəbilə dağıntılar və torpaq sürüşmələri baş verib.

Trend-in "The Times of India" qəzetinə istinadən verdiyi məlumata görə, dağıntılar və torpaq sürüşmələri nəticəsində son 48 saat ərzində 129 nəfər həlak olub, 80 nəfər isə itkin düşüb.

Məlumata əsasən, dağıntılar və torpaq sürüşmələri ştatın bir çox hissəsində qeydə alınıb. Rayqad, Ratnaqiri, Satara dairələri, o cümlədən ştatın paytaxtı Mumbay şəhərinə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti