...

Qazaxıstanda koronavirusa daha 6 631 nəfər yoluxub

Dünya xəbərləri Materials 25 İyul 2021 10:01 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 631 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 529 269, ölənlərin sayı isə 5 382 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 757 nəfər, hazırkı dövrədək isə 446 996 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti