...

ABŞ-da federal dövlət işçilərinin məcburi peyvəndlənməsi nəzərdən keçirilir - Bayden

Dünya xəbərləri Materials 28 İyul 2021 05:15 (UTC +04:00)

Bakı. Trend:

ABŞ hakimiyyəti federal dövlət işçilərinin koronavirus əleyhinə məcburi peyvənd olunması imkanını nəzərdən keçirir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Bayden deyib.

"Bu, hal hazırda nəzərdən keçirilir", - C.Bayden administrasiyanın bütün federal işçilərinin peyvənd olunmasının tələb edilib-edilməyəcəyi barədə suala cavabında deyib.

ABŞ prezidenti əlavə edib: "Siz peyvənd olunmamısınızsa, mənim düşündüyüm qədər ağıllı deyilsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti