...

Türkiyədə 180 meşə yanğınının qarşısı alınıb

Dünya xəbərləri Materials 5 Avqust 2021 19:39 (UTC +04:00)
Türkiyədə 180 meşə yanğınının qarşısı alınıb

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyədə 9 gün ərzində 38 vilayətdə 180 meşə yanğınının qarşısı alınıb.

Trend-in məlumatına görə, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, hazırda 5 vilayətdə 12 meşə yanğını davam edir.

Son məlumatlara əsasən, Antalyada 2, Aydında 1, Dənizlidə 1, İspartada 1 və Muğlada 7 nöqtədə yanğınla mübarizə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti