...

"Bayraktar AKINCI" PUA-ları sabah Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına keçəcək

Dünya xəbərləri Materials 28 Avqust 2021 20:42 (UTC +04:00)
"Bayraktar AKINCI" PUA-ları sabah Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına keçəcək

Bakı. Trend:

"Bayraktar AKINCI" pilotsuz uçuş aparatı sabah Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına keçəcək.

Trend-in məlumatına görə, "Baykar" şirkəti tərəfindən daxili və milli resurslarla hazırlanan "Bayraktar AKINCI" sabah keçiriləcək mərasimdə təhlükəsizlik qüvvələrinə təqdim olunacaq.

"Bayraktar AKINCI"nin hazırlanması zamanı 3 prototip təqdim olunub. PUA-lar ilk uçuşunu 6 dekabr 2019 -cu ildə həyata keçirib. Prototiplərin ardınca ilk dronların seriyalı istehsalına başlanılıb.

"Bayraktar AKINCI" PUA-sı milli istehsalı olan təyyarənin qalxa biləcəyi ən hündür nöqtəyə qalxaraq Türkiyə aviasiya tarixində rekordu qırıb.

Bayraktar PUA-sı ilə də hava bombardmanı mümkün olacaq ki, bu da döyüş təyyarələrinə düşən yükü azaldacaq. Milli istehsalı olan hava-hava raketləri ilə təchiz ediləcək pilotsuz uçan aparat beləliklə hava hədəflərini zərərsizləşdirə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti