...

Qazaxıstanın müdafiə naziri istefa verib

Dünya xəbərləri Materials 31 Avqust 2021 11:30 (UTC +04:00)
Qazaxıstanın müdafiə naziri istefa verib

Bakı. Orxan Nəbiyev - Trend:

Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev istefa verib.

Trend-in məlumatına görə, ölkə prezidenti Kasım-Jomart Tokayev nazirin istefasını qəbul edib.

Qeyd olunur ki, müdafiə naziri avqustun 26-da Jambıl vilayətindəki hərbi hissədə baş vermiş partlayışla əlaqədar istefaya yollanıb.

Xatırladaq ki, hərbi hissənin silah anbarında baş vermiş partlayış və yanğın nəticəsində 15 nəfər həlak olub, 100-ə yaxın şəxs yaralanıb. Bir nəfərin isə itkin düşdüyü bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti