...

Türkiyə ÜDM artımına görə dünyada ikinci yerə yüksəlib - Ərdoğan

Dünya xəbərləri Materials 2 Sentyabr 2021 02:16 (UTC +04:00)
Türkiyə ÜDM artımına görə dünyada ikinci yerə yüksəlib - Ərdoğan

Bakı. Trend:

Türkiyə iqtisadiyyatı bu ilin ikinci rübündə real ifadədə 21,7 faiz artaraq dünyanın ən sürətlə inkişaf edən ikinci iqtisadiyyatı oldu.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Jandarmeriya və Sahil Mühafizəsi Akademiyasında keçirilən mərasimdə deyib.

Türkiyə prezidenti bildirib: "Bu ilin ikinci rübü üçün bu gün açıqlanan artım rəqəmləri Türkiyə iqtisadiyyatının dinamikliyini, məhsuldar gücünü və dayanıqlığını bir daha nümayiş etdirir".

Onun sözlərinə görə, uğurlu ixracat sayəsində Türkiyənin cari hesabının kəsiri 30 milyard dollardan aşağı düşüb: "Məşğulluq son 35 ayda ən yüksək səviyyəyə çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti