...

Avqust ayında dünyada 20 milyon nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 3 Sentyabr 2021 18:10 (UTC +04:00)
Avqust ayında dünyada 20 milyon nəfər koronavirusa yoluxub

Bakı. Orxan Nəbiyev - Trend:

Bu ilin avqustunda dünyada 20 milyon nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə qeydə alınan ikinci ən yüksək göstəricidir.

Buna qədər 2021-ci ilin aprelində 22 milyondan çox şəxs virusa yoluxmuşdu.

Eyni zamanda, avqust ayında 300 min nəfər koronavirus nəticəsində həyatını itirib.

Hesabat dövründə yoluxanların böyük hissəsi ABŞ-ın payına düşüb. Ötən ay bu ölkədə 4,5 milyon nəfər koronavirusa yoluxub.

Böyük Britaniyada 900 min nəfər virusa yoluxub ki, bu da Avropada ən yüksək göstərici olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti