...

"Google" Əfqanıstan hökumətinin hesablarını bağlayıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2021 07:03 (UTC +04:00)
"Google" Əfqanıstan hökumətinin hesablarını bağlayıb

Bakı. Trend:

"Google" şirkəti məlumat bazalarını "Taliban"dan qorumaq üçün Əfqanıstan hökuməti üzvlərinin bəzi elektron poçt hesablarını müvəqqəti olaraq blok edib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumatda qeyd olunub ki, təxminən 20 Əfqanıstan hökumət qurumları rəsmi elektron poçt ünvanlarına baxmaq üçün "Google" serverlərindən istifadə edib. Bunların arasında maliyyə, sənaye, təhsil və mədən sənayəsi nazirlikləri var. Əfqanıstan Prezident Aparatı da "Google" xidmətlərindən istifadə edib.

Bildirilib ki, hökumət məlumat bazaları və e-poçtlar "Taliban"a keçmiş administrasiyanın işçiləri, keçmiş nazirlər, hökumət podratçıları, müttəfiqləri və Əfqanıstanın xarici tərəfdaşları haqqında məlumat verə bilər.

Xəbər lenti

Xəbər lenti