Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyanın Nijni Novqorod şəhərində məktəblərin birində 40 nəfər zəhərlənib.
Trend-in məlumatına görə, zəhərlənənlərin vəziyyətinin ağır olmadığı deyilir.
Onların evdə müalicə olunduqları bildirilib.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Rusiyada məktəblər sentyabrın 1-dən açılıb.