...

Əfqanıstandakı tibb müəssisələrinin təxminən 90 faizi fəaliyyətini dayandıra bilər

Dünya xəbərləri Materials 7 Sentyabr 2021 01:08 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən 2300 sağlamlıq müəssisəsinin təxminən 90 faizi tezliklə öz faəliyyətini dayandıra bilər.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizində təcili əməliyyatlar bölməsinin rəhbəri Rik Brennan bildirib.

R.Brennan qeyd edib: "[Tibb müəssisələrinin] böyük bir hissəsinin fəaliyyətini dayandırmağa hazırlaşırıq. Bəzi hesablamalara görə, həftənin sonuna qədər onlardan 90 faizə yaxını fəaliyyətini dayandıracaq".

O əlavə edib ki, bu koronavirus xəstəliyinin və xəstəlikdən ölüm hallarının artması ilə əlaqələndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti