...

İtaliyada silahlı şəxs 5 nəfəri bıçaqlayıb

Dünya xəbərləri Materials 12 Sentyabr 2021 05:12 (UTC +04:00)
İtaliyada silahlı şəxs 5 nəfəri bıçaqlayıb

Bakı. Trend:

İtaliyanın Rimini şəhərində kişi avtobusda bıçaqla insanlara hücum edib.

Trend-in "Corriere di Bologna" nəşrinə istinadən verdiyi məlumata görə, silahlı şəxs 26 yaşlı Somalili olduğu müəyyən edilib.

Bildirilir ki, biletlərin yoxlanılması zamanı o, iki nəzarətçi qadına hücum edib. Onlar boyun və çiyin nayihələrindən yaralanıblar. Bundan əlavə, biri uşaq olmaqla 3 sərnişin də xəsarət alıb.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib, uşağın vəziyyətinin ağır olduğu qeyd edilir.

İnsidentdən sonra cinayətkar avtobus saxlanılmasını tələb edib və hadisə yerindən qaçıb. Təxminən 1 saatdan sonra polis əməkdaşları onu saxlaya biliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti