...

Fransada xilasedicilərin helikopteri qəzaya uğrayıb

Dünya xəbərləri Materials 13 Sentyabr 2021 03:38 (UTC +04:00)
Fransada xilasedicilərin helikopteri qəzaya uğrayıb

Bakı. Trend:

Fransanın İzer departamentinin xilasetmə xidmətinin helikopteri ölkənin cənub-şərqində qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə mənbələrə istinadən "BFM" telekanalına istinadən xəbər verib.

Məlumata əsasən, helikopterin göyərtəsində 5 nəfər olub.

Fransanın daxili işlər naziri Jerald Darmanenin sözlərinə görə, qəza nəticəsində 1 nəfər həlak olub. Digər 4 nəfər barədə məlumat verilmir.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Qəzanın səbəbi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti