...

Avropada qaz anbarları 71 faiz dolub

Dünya xəbərləri Materials 17 Sentyabr 2021 16:17 (UTC +04:00)
Avropada qaz anbarları 71 faiz dolub

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa İttifaqında qaz anbarları 71 faiz dolub, bir il əvvəl isə bu göstərici 82 faizə bərabər idi.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının nümayəndəsi Vivian Lunela deyib.

O bildirib ki, Avropada təbii qaz qiymətinin rekord həddə yüksəlməsi bir sıra obyektiv amillərlə bağlıdır: "İndi yüksək qiymətlər, əsasən pandemiyadan sonra iqtisadiyyatın bərpası nəticəsində artan qaz tələbatı ilə əlaqədardır. Eyni zamanda, Avropada CO2 tullantılarına kvotaların bahalaşması da buna təsir edib".

Qeyd edək ki, bir neçə gün əvvəl Avropa birjalalarında təbii qazın min kubmetri 970 dollara çatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti