...

Norveçli alim koronavirusu mövsümi infeksiyalarla bir sırada qoyub

Dünya xəbərləri Materials 21 Sentyabr 2021 05:17 (UTC +04:00)
Norveçli alim koronavirusu mövsümi infeksiyalarla bir sırada qoyub

Bakı. Trend:

Mövcud vəziyyətdə koronavirusu mövsümi infeksiyalarla eyni sırada qoymaq olar.

Trend-in məlumatına görə, bu barədə Norveç İctimai Sağlamlığı İnstitutunun direktor müavini Qeyr Buxolm bildirib.

Alim qeyd edib: "İndi yeni bir mərhələdəyik ki, koronavirusa bir neçə mövsümi tənəffüs yolu xəstəliklərindən biri kimi baxmalıyıq".

Risk altında olan insanların çoxunun vaksin olunduğuna diqqət çəkən alim deyib ki, buna görə də son vaxtlar xəstəxanalar nisbətən boşdur: "Ancaq bu pandemiyanın bitdiyi anlamına gəlmir, çünki peyvənd inkişaf etməkdə olan ölkələrdə kifayət qədər insanı əhatə etmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti