...

ABŞ qoşunlarının Əfqanıstanda qalması Talibanla müharibənin davam etməsi demək idi - Ağ Ev

Dünya xəbərləri Materials 29 Sentyabr 2021 06:39 (UTC +04:00)
ABŞ qoşunlarının Əfqanıstanda qalması Talibanla müharibənin davam etməsi demək idi - Ağ Ev

Bakı. Trend:

ABŞ hərbi kontingentinin bir hissəsinin Əfqanıstanda qalması, Talibanla müharibənin davam etməsi demək idi. ABŞ prezidenti Co Bayden bu əməliyyatın bundan sonra da aparılmasına razılıq verməyi istəmirdi.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Ağ Evin nümayəndəsi qeyd edib: "Prezidentə, milli təhlükəsizlik məsələləri ilə məşğul olan komandasına təqdim olunan bir sıra fikirlər var idi. Bu da [Pentaqon rəsmiləri tərəfindən ABŞ Konqresinə] verilən ifadələrdə təsdiqlənib".

Onun sözlərinə görə, bu, "Taliban" hərəkatı ilə müharibə, ABŞ hərbçiləri arasında potensial itkilər demək idi:

"Və prezident sadəcə belə bir qərar verməyə hazır deyildi. Bunun Amerika xalqının, qoşunlarımızın maraqlarına uyğun olduğunu düşünmürdü".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti