...

London metrosunda yanğın olub

Dünya xəbərləri Materials 5 Oktyabr 2021 18:52 (UTC +04:00)
London metrosunda yanğın olub

Bakı. Orxan Nəbiyev - Trend:

Böyük Britaniyanın paytaxtı Londonda metropolitendə yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın Londonun mərkəzində yerləşən "Vestminster" stansiyasında qeydə alınıb.

Yanğının qarşısının alınması üçün 6 yanğınsöndürən maşın və 40 xilasedici cəlb olunub.

Qeyd olunur ki, hadisənin qarşısı qısa müddət ərzində alınıb. Xəsarət alanların olmadığı deyilir.

London metrosunun "Vestminster" stansiyası parlamentin yaxınlığında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti