Bakı. Trend:
ABŞ-ın Sent-Pol şəhərinin (Minnesota ştatı) barlarından birində atışma baş verib.
Trend-in məlumatına görə, bu barədə şəhərin polis departamentinin saytında deyilir.
Məlumata əsasən, atışma nəticəsində 1 nəfər həlak olub, 14 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Bildirilir ki, hazırda insidentlə əlaqədar araşdırma aparılır, atış açan şəxslərin kimliyi müəyyənləşdirilir.