...

Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub

Dünya xəbərləri Materials 17 Oktyabr 2021 04:15 (UTC +04:00)
Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub

Bakı. Trend:

Birinci kateqoriyalı "Pamela" qasırğası Meksikanın Nayarit ştatında minlərlə sakinin həyatına təsir edib.

Trend-in məlumatına görə, bu barədə bölgə hökuməti öz "Twitter" səhifəsində bildirib.

Məlumatda qeyd olunub: "Ştatın qubernatoru Miqel Anxel Navarro Kintero bildirib ki, "Pamela" qasırğasının keçməsindən sonra 2,5 min ailəyə (9 106 nəfər) maddi ziyan dəyib".

Ölən və yaralananların olması barədə məlumat daxil olmayıb. Hakimiyyət orqanları təbii fəlakətin nəticələrini aradan qaldırmağa davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti