...

Aİ bir milyard dozadan çox koronavirus vaksini ixrac edib

Dünya xəbərləri Materials 18 Oktyabr 2021 17:18 (UTC +04:00)
Aİ bir milyard dozadan çox koronavirus vaksini ixrac edib

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa İttifaqı (Aİ) bu ilin ilk 10 ayı ərzində dünya ölkələrinə 1 milyard dozadan çox koronavirus vaksini ixrac edib.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, vaksinlər ümumlikdə 150 ölkəyə ixrac olunub. Eyni zamanda, COVAX mexanizmi vasitəsilə aşağı və orta gəlirli ölkələrə 87 milyon doza tədarük edilib.

U.fon der Lyayen bildirib ki, Aİ-də istehsal olunan hər ikinci vaksini ixraca yönəlir.

O əlavə edib ki, Avropa İttifaqı ərazisində 18 yaşdan yuxarı əhalinin 75 faizi vaksin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti